Sərhəd tanımayan silahlar

"Amnesty International" (Beynəlxalq Əfv) hüquq müdafiəsi təşkilatı ərəb ölkələrinə silah satışı ilə bağlı hesabat yayıb. SİA-nın xəbərinə görə, hesabatda 17 dövlət ərəb ölkələrinə silah satmaqda ittiham edilir. Bildirilir ki, Qərb ölkələri bir yandan xalq hərəkatlarına dəstək verir, digər yandan isə nümayişçilərə qarşı istifadə olunmaq üçün silah satışı həyata keçirir. Hesabatda diktatorlara silah yardımı edən ölkələrin adları da açıqlanıb. Siyahıya Avstriya, Belçika, İngiltərə, Bolqarıstan, Çexiya, Fransa, Almaniya, İtaliya, Rusiya və ABŞ da daxildir.

Hesabatda Almaniyanın bu sektorda "fəallığı" xüsusilə tənqid edilib. Almaniya 2005-2009-cu illərdə Yaxın Şərq və Şimali Afrikaya ümumi məbləği 77 milyon avro dəyərində atıcı silahlar, sursat və hərbi avtomobillər satıb.

\"Amnesty İnternational\" təşkilatı eyni zamanda Tunisdə başlayan və bölgəyə yayılan \"Ərəb baharı\"nın qurbanlarının sayını açıqlanıb. Ərəb ölkələrində hakimiyyət dəyişikliyi və aksiyalarla müşahidə olunan proses zamanı 28 min 970 nəfərin öldüyü bildirilir. Ən çox insan tələfatı NATO-nun hava əməliyyatlarının davam etdiyi Liviyada qeydə alınıb. Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən sonra hakimiyyətə gələn Liviya Milli Keçid Şurası 6 ay ərzində 25 min insanın öldüyünü, 50 min insanın yaralandığını bildirib. Yekun rəqəm isə

ehtimallardan daha çox ola bilər. Belə ki, ölkədə azı 4000 nəfər itkin düşüb.

Liviyadan sonra ən çox insan tələfatı Suriyanın payına düşür. Hökumət əleyhinə aksiyaların mart ayından başladığı Suriyada 2700 nəfər ölüb.

Qeyri-rəsmi mənbələr isə 5000 insanın öldüyü barədə xəbər yayır.

\"Ərəb baharı\"nın başladığı Tunisdə 200 nəfər təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatını itirib. Tunisdən sonra xalq hərəkatının başladığı Misirdə 18 gün davam edən aksiyalar nəticəsində prezident Hüsnü Mübarək istefa verib. Hadisələrdə 840 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə