Polşada "Sobesskiy" tipli sərnişin qatarı hərəkət edərkən anidən relsdən çıxıb. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, sərnişin qatarı Vyanadan Varşavaya doğru istiqamət götürübmüş. Məlumata görə, insident Xıbye adlanan ərazidə-Şlensk voyevodasının inzibati sahəsi hesab edilən Pşçina şəhərində baş verib. Qatar hərəkət edərkən beş vaqon relsdən çıxıb. Hadisə nəticəsində yaralananlar olsa da onların xəsarətləri yüngül olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB