Bu saatlarda Suriyanın ikinci ən böyük şəhərlərindən sayılan Hələbdə bir milyona yaxın insan Bəşər Əsədin lehinə mitinq keçirirlər. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, mitinq"İslahatlara, dialoqa və nizam –intizama hə! Dini ədavətə və anarxiyaya yox!" şüarı altında keçirilir.
Xatirladaq ki, hələ bir həftə öncə Dəməşqdə çoxminlik mitinq keçirilib. Mitinqləri hakimiyyətdə olan -Ərəb Sosialist Dirçəlişi partiyası təşkil edir. Onu da qeyd edək ki, 7 ay öncə ölkədə başlanan çaxnaşmalar Dəməşq və Hələb şəhərlərini bürüməyib. Belə ki, bu şəhərlərin əhalisi Əsəd iqtidarına qarşı loyal münasibət bəsləyirlər. B.Əsəd rejiminə ən çox müxalif olan şəhərlər isə Xəms və Xəma, eləcə də Türkiyə ilə sərhəd olan İdlib şəhərlərinin sakinləridir. Bu şəhərlərdə gizlənən islamçılar artıq silahlı hücumlara start veriblər. Onlar Əsəd rejimini dəstəkləyən ictimai-siyasi xadimləri, polisləri və hərbçiləri özlərinə hədəf olaraq seçiblər.
Verilən son məlumatlara görə isə hökumətə məxsus silahlı birləşmələr Livanla həmsərhəd olan rayonlarda silahlı üsyançıları mühasirəyə alıblar. Hökumət qüvvələri Əl-Qüsseyr, Dəra şəhərlərini mühasirəyə alarkən, 40 nəfər hərbçi onlara verilən əmrləri yerinə yetirməkdən imtina edərək, üsyançıların tərəfonə keçdiklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB