Suriya casusunu ev dustağı etdilər

Suriya casusunu ev dustağı etdilər
Suriya mənşəli ABŞ vətəndaşı Məhəmməd Sueyd məhkəmənin qərarı ilə ev dustaqlığına məhkum olunub. SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hakim kifayət qədər sübut və dəlillər olmadığına görə, Sueytin dustaqlığını ev şəraitində davam etdirilməsini məqbul hesab edib.
"The Los Angeles Times" isə yazır ki, suriyalı öz ailəsinə o qədər bağlıdır ki, onun ev dustaqlığından qaçacağı inandırıcı görünmür.
Xatırladaq ki, onun Suriyanın məxvi kəşfiyyat idarəsi ilə gizli əməkdaşlıq etdiyi barədə ABŞ MKİ-sində məlumatlar əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə