Rusiya prezidenti Dmitri Medvedyev iqtidara yiyələndikdən sonra Qərblə isti münasibətlərin qurulması və fikir ayrılıqlarının azaldılması siyasətinin yenidən dəyişməsinə elə də çox zaman qalmayıb. Artıq nəinki bizə, eləcə də dünya ictimaiyyətinə sirr deyil ki, 2012-ci ildə Rusiyada keçiriləcək prerezident seçkilərində Rusiyanın eks-prezidenti, bu günkü baş nazir funksiyasını həyata keçirən Vladimir Putin qələbə qazanacaq və yaxın 12 ildə Rusiyaya həm səhnədə, həm də ki pərdə arxasında rəhbərlik edəcək. Düzdür, seçkilərə hələ bir qədər zamanın qalmasına baxmayaraq, Putinin Çinə etdiyi məlum səfəri qarşıdakı illərdə Kreml siyasətinin haraya və nəyə istiqamətləndiyini sırf olaraq ortaya qoymaqdadır.
Kommunist Çin və Rusiyanın maraqları
Qeyd edək ki, Çin Rusiyanın ən böyük ticarət partnyorlarından biridir. Əgər onu da nəzərə alsaq ki, Çin bazarının tələbatı dünyada sürətlə artır, odur ki, bu bazarı itirməmək Rusiya üçün vacibdir, hətta dövləti əhəmiyyət daşıyır. Çünki Çinin diversifikasiya siyasəti Moskvanın enerji resurslarının qiymətini aşağı salmağa məcbur etdi ki, Rusiya bu bazarı itirməmək üçün əlindən gələni edəcək. Üstəlik, Çin bir alıcı kimi ağır iqtisadi böhran içində olan ABŞ və Avropadan daha cəlbedicidir. Bundan əlavə, Moskva başa düşür ki, Pekinin investisiyaları Rusiyanın Çinlə sərhədində yerləşən və inkişafdan qalan Sibir və Uzaq Şərqində irəliləyişin yeganə təkanvericisidir. Moskvanı Çin tərəfə itələyən daha bir faktor isə BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın Qərbə qarşı koalisiya yaratmaq arzusudur ki, Suriyaya qarşı sanksiyaların müzakirəsi bunun bariz nümunəsidir.
Vladimir Putinin Çinə səfəri və prezidentlik dövründəki siyasətin qərbdən çox Şərqə istiqamətlənəcəyi Avropa və Amerikanı narahat etməyə bilməz. Odur ki, Qərbdə hesab edirlər ki, Moskvanın bu regiona inteqrasiyası digər qüvvələrin maraqlarını meydandan sıxışdırıb çıxara bilər. Üstəlik, Moskva-Pekin əlaqələrinin güclənməsi Rusiyanın Qərbə satdığı enerji resurslarının qiymətini artıra bilər. Lakin Rusiya-Çin münasibətləri heç də problemsiz deyil. Sərhədlərin delimitasiyası, dünya arenasındakı rəqabətə son illər Orta Asiya ölkələrində bu iki ölkənin maraqları toqquşması əlavə edilib. Çin bir neçə il ərzində Orta Asiya ölkələrinə ciddi şəkildə inteqrasiya edib ki, bu da Moskvanın ürəyincə deyil. Digər tərəfdən, Rusiyanın demoqrafik vəziyyəti get-gedə pisləşir, infrastruktur yox səviyyəsindədir, inkişaf isə demək olar ki, getmir. Rusiyanın Çinlə sərhədində 7,5 milyon insan yaşayır. Çin tərəfdən isə sərhədyanı ərazilərdə 148 milyon insan yaşayır. Bu da ki, "Rus ayısı"nın gözlərinin qıyılması təhlükəsini yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB