Bağdadda içki dükanında terror aktı törədilib

Bağdadda içki dükanında terror aktı törədilib

İraqın paytaxtı Bağdadda bir içki dükanı qarşısında bombanın partlaması ikisi türk olmaqla 7 nəfərin həyatını itirməsinə, 18 adamın isə yaralanmasına gətirib çıxarıb. SİA-nın xəbərinə görə, hadisədə biri ağır olmaqla 4 türk vətəndaşının da yaralandığı söylənilib. Ölənlərdən şəxsiyyəti haqqında isə heç bir məlumat verilməyib. Xatırladaq ki, hücumlarla əlaqədar son iki ayda ölənlərin sayı 200-ü ötüb.


Bütün xəbərlər Facebook səhifəmizdə