Türkiyədə qar yağıb

Türkiyənin şimal-qərb hissəsinə soyuq hava kütləsi daxil olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bəzi rayonlarda qar örtüyünün hündürlüyü 25 sm, hava temperaturu isə mənfi 2 dərəcə təşkil edir.

Nəticədə, Edirne və Kırıklareli şəhərlərində, eləcə də, Türkiyəni Avropa ölkələri ilə birləşdirən Hamzabeyli kontrol-buraxılış məntəqəsində nəqliyyatın hərəkəti çətinləşib. Yaranmış vəziyyətlə əlaqədar qeyd olunan ərazilərdə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə