Qalit Şalit artıq İsraildədir
1027 nəfərə qarşı bir nəfərin-İsrail ordusunun kapralı Qalit Şalitin girov həyatına son qoyuldu. Bu saatlarda o İsrail torpağına ayaq basıb. SİA "BBC News"-ə istinadən xəbər verir ki, 1027 nəfər Həmas qruplaşmasının üzvündən 477-si (onlardan 27-si qadındır) də artıq öz adamlarına təhvil verilib. Yerdə qalan 550 nəfər isə Fələstin tərəfinə gələn ay təhvil veriləcək.
Bu ərəfədə Beynəlxalq Qızıl Xaç Komitəsi məhbəsdə olan fələstinlilərin şəxsiyyətlərinin dəqiqləşdirməsini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə