Türkiyənin Hakkari vilayətində PKK üzvü olan 26 yaşlı qadının dəfn mərasimi iğtişaşlara çevrilib. Mərasimdə anti-terror şüarları səsləndirilib. "Barış və Demokratiya Partiyası"nın millət vəkillərinin də iştirak etdiyi dəfn mərasimindən sonra bir qrup PKK-lı Hakkari-Van magistral yolunu bağlayıb. Polisin onlara müdaxilə cəhdinə PKK-lılar daş yağdırmaqla cavab veriblər. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hakkarinin müxtəlif hissələrində təhlükəsizlik qüvvələri ilə PKK tərəfdarları arasında toqquşmalar qeydə alınıb.
Hakkarinin Şəmdinli rayonunun Koçyiyit kəndinə isə bir qrup PKK-lı hücum edib. Silahlı kənd sakinlərinin hücumu dəf etməsi həvəskar kameralara çəkilib. Hücum edən PKK-lıların Şimali İraqdakı Basyan və Avasin terror düşərgələrindən gəldiyi müəyyənləşdirilib. Hücumdan sonra bölgədə PKK-lılara qarşı geniş-miqyaslı əməliyyata başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB