ABŞ və Şimali Koreya amerikalı əsgərlərin qalıqlarını birlikdə axtaracaqlar

ABŞ və Şimali Koreya amerikalı əsgərlərin qalıqlarını birlikdə axtaracaqlar
ABŞ KXDR ilə danışıqları yenidən aktivləşdirəcək. Belə ki, Koreya müharibəsi zamanı bu torpaqlarda həlak olmuş amerikalı əsgərlərin qalıqlarının axtarılması ətrafında gedən danışıqlar yenidən bərpa olunmaq üzrədir. SİA "İnterfax" agentliyinə istinadən xəbər verir ki, ABŞ-dan olan danışıq qrupu Bankoqda Şimali Koreya rəsmiləri ilə görüşə qatılacaqlar.
Pentaqon xəbər verir ki, ABŞ tərəfinə ölkənin müdafiə nazirinin müavini Robert Nyuberri rəhbərlik edəcək. Danışıqlar qrupuna ABŞ-ın dövlət deportamentinin işçiləri və vaxtilə Koreyada döyüşmüş veteranları daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə