Venesuelanın "Minima" həbsxanasında baş qaldıran qiyam nəticəsində təcridxananın 60 nəfər işçisi goriv götürülüb. SİA "Agence France-Presse"-nin məlumatına istinad edərək bildirir ki, hadisə iki gün öncə baş versə də, bu barədə məlumat bu gün səhər saatlarında yayılıb. Qiyamçıların tələbləri bir neçə həftə öncə saxlanıldıqları həbsxanalara geri dönməkdən ibarətdir. Belə ki, onlar "Minima" həbsxanasında qalmaqdan etiraz edirlər.
Xatırladaq ki, bu cür qiyamlar artıq birinci dəfə deyil ki, baş verir. Bu ilin yayında "El Rodeo" həbsxanasında da bu kimi hadisə baş vermişdi və nəticədə 30 nəfərə yaxın insan həlak olmuşdu.
Venesuela QHT-lərinin məlumatlarına görə, bu ölkədə 34 pentensiar müəssisə mövcuddur və həmin müəssisələrdə 50 min insan saxlanılır ki, bu da olduqca ağır şəraitlə nəticələnir. Çünki ümumilikdə bu həmsxanalar 14 min insan üçün nəzərdə tutulub. Hökumət isə bunu üçün yeni tədbirlər planı hazırlayıb. Məlum olub ki, kiçik cinayətlərə görə həbs edilən cinayətkarlar azad edilsə, həbsxanalarda olan məhbusların sayı 40 faiz azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB