Çində turist avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 33 nəfər insan yaralanıb. SİA Çinin "Sinxua" agentliyinə istinadən xəbər verir ki, qəza insidenti oktyabrın 16-da gecə saatlarında Çjantsyadze şəhərində baş verib. Qəzaya səbəb isə təkərin deşilməsi nəticəsində avtobusun idarəsinin itirilməsi olub. Ümumilikdə turist avtobusunda 49 nəfər sərnişinin olduğu bildirilir ki, onların da əksəriyyəti yaşlı insanlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB