Səudiyyə Ərəbistanının kralı Abdulla İbn Əbdül Əziz Ər-Riyad xəstəxanalarının birinə aparılıb. Onu xəstəxanada növbəti əməliyyat gözləyir. SİA "Ria Novosti"-yə istinadən xəbər verir ki, kral Əbdül Əzizin "Medical City" xəstəxanasına aparılmasının səbəbi üçüncü fəqərə sümüyündə yaranan yırtığın əmələ gəlməsidir.
Daha öncələr isə onu ABŞ-da bununla bağlı iki dəfə cərrahiyə əməliyyatı ediblər. Həmin əməliyyatlar 2010-cu ilin noyabrında və 2011-ci ilin fevralında baş tutub. Lakin bütün səylərə baxmayaraq, kralın belində olan ağrılar şiddətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB