Çikaqoda 175 nümayişçi həbs edildi

Çikaqoda 175 nümayişçi həbs edildi

ABŞ-ın digər şəhərlərində olduğu kimi Çikaqoda şirkətlərin tamahkarlığına və ədalətsiz maliyyə sisteminə etiraz olaraq keçirilən aksiyada şənbə gecəsi 175 nəfər həbs edilib. SİA-nın məlumatına görə, Nyu-Yorkdakı etirazçılardan güc alan Çikaqo aksiyaçıları Fedral Ehtiyatlar Bankından əvvəllər də aksiyaların keçirilməsi üçün yer seçilən Qrant-parka kimi yürüş təşkil ediblər. Qeyd edək ki, əsasən 1968-ci ildə həmin ərazidə hərb əleyhinə aksiyalar keçirilirdi. Şənbə günü baş verən yürüşdə də 2 mindən çox adam iştirak edib. Onlar Qrant-parkda çadır şəhərciyi qurublar. Ancaq etirazçılar gecə yarısından sonra parkda qalmağı qadağan edən yerli qanunvericiliyə uyğun olaraq oradan kənarlaşdırılıblar. Mühafizəkar dəstə üzvünün verdiyi məlumata görə, park ərazisini tərk etməyə etiraz edən və polisin xəbərdarlığına məhəl qoymayan 175 nəfər həbs edilib.

Qeyd edək ki, "Uol-striti işğal et!" hərəkatı ötən ay başlayıb və bu şənbə kulminasiya həddinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə