Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində "Wall Street-i işğal et" sosial hərəkatı yeni nümayişlər keçirib. Ötən gecə minlərlə nümayişçi Manhetten rayonunun "Times Square" meydanında toplaşıblar. Onlara Brodveydə gəzişənlər və tursitlər də qoşulublar. Polisin də aksiya yerinə gəlməsi ilə xaotik bir səhnə meydana gəlib. Nümayşçilər iri korporasiyaların acgözlüyünə qarşı etiraz etdiklərini bəyan ediblər. Onları meydandan çıxarmaq üçün xüsusi təyinatlı dəstələr və at belində polislər cəlb olunub. "Wall Street-i işğal et" hərəkatının nümayəndələri Manhettendən "Wshington Square" Parkına kimi yürüş ediblər.
Nyu York polisi 70 nümayişçini həbs edib. Onlardan 45-i "Times Square" meydanı nümayişçilərdən təmizlənərkən, 24-ü isə şəhərin mərkəzindəki Sitibank bankının filiallarından birinin önündə həbs edilib.
Maliyyə institutlarına və hökumətin büdcəyə qənaət etmək üçün gördüyü tədbirlərə qarşı etiraz aksiyaları ABŞ-ın Denver və Mayami şəhərlərində də baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB