Qəddafiyə sadiq qüvvələr Liviyanın iri şəhərlərində nəzarəti ələ almağa çalışırlar
Liviyada Sirt şəhəri uğrunda qızğın döyüşlər davam edir. Devrilmiş lider Müəmmər Qəddafiyə sadiq qüvvələr Milli Keçid Şurasının qüvvələrini yenidən geri çəkilməyə məcbur edib. Şuranın mənbələrinin məlumatına görə, Liviyanın yeni hökumətinin qüvvələri şəhərin mərkəzindən təxminən 2 kilometr uzaqlaşdırılıblar.
Sirt uğrunda döyüşlər artıq 2 aydır ki, davam edir. Milli Keçid Şurası şəhər üzərində nəzarəti tam ələ keçirməyə hələlik müvəffəq ola bilmir.
Tripoli yaxınlığındakı Bəni Valid şəhərində də Müəmmər Qəddafiyə sadiq qüvvələr öz mövqelərini qoruyub saxlayır. Tripolinin özündə isə təhlükəsizlik tədbirləri gücləndirilib. Buna cümə günü Milli Keçid Şurasının hərbi qüvvələri ilə Qəddafi tərəfdarları arasında baş verən atışma əsas verib. Şəhərin bir sıra rayonlarında axtarışlar aparılır, həbslərin olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB