“Əl-Qaidə”nin üzvləri qırılır

“Əl-Qaidə”nin üzvləri qırılır

"Əl-Qaidə" beynəlxalq terror təşkilatının Yəməndəki qolunun ictimaiyyətlə əlaqələr departamentinin başçısı ölkənin cənubunda keçirilən hərbi əməliyyat zamanı öldürülüb. SİA-nın "Ria.Novosti" saytına istinadən verdiyi xəbərə görə, Yəmən Müdafiə Nazirliyi bildirib ki, əslən misirli olan bu yaraqlı ötən gün Şəbva vilayətində qiyamçıların mövqelərinin havadan atəşə tutulması zamanı ölüb.

Yerli sakinlərin sözlərinə görə, aviahücumda xarici təyyarələr iştirak edib. Bundan bir qədər sonra isə naməlum şəxslər, ehtimallara görə yaraqlılar, ixrac qaz boru kəmərini partladıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə