Mərkəzi Amerika ölkələrində qeyri-sabit hava şəraiti hökm sürür

Mərkəzi Amerika ölkələrində qeyri-sabit hava şəraiti hökm sürür

Son günlər Mərkəzi Amerika regionunda müşahidə olunan leysan xarakterli yağışlar subasma və torpaq sürüşməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qvatemalada 14 nəfər ölüb. Təxminən, 350 yaşayış evi dağılıb və 2500 insan evsiz qalıb. Eləcə də, avtomobil yolları və körpülər yararsız hala düşüb. Elektrik enerjisi və su təchizatında fasilələr yaranıb. Ümumilikdə, Qvatemalada 130 min insanın zərər çəkdiyi bildirilir. İtkin düşənlər barədə məlumat verilmir.

Salvadorda isə, çayların məcrasından çıxaraq ətraf əraziləri su altında qoyması çoxsaylı torpaq sürüşmələrinə səbəb olub. Nəticədə, 2 nəfər ölüb. Avtomobil yollarının və körpülərin yararsız hala düşməsi isə ölkə daxili bəzi ərazilərlə və Qvatemala ilə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində 2200 insan müvəqqəti sığınacaqlara təxliyyə edilib, təhsil ocaqlarında tədris prosesi təxirə salınıb.

İnsan tələfatı, həmçinin, Nikaraquada da qeydə alınıb. Ölkədə 4 nəfərin öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə