Müəmmər Qəddafinin dördüncü oğlu Müətəssim barədə müxtəlif fikirlər bildirilməkdədir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, yayılan bütün məlumatlar bir-birini təkzib edir. Belə ki, Liviya MKŞ-si Qəddafinin oğlunun Siirtdə ələ keçirildiyini bildirib. Qeyd edilib ki, o, şəhər güclü atəş altında olarkən, öz ailəsi ilə birlikdə oranı tərk edib. Lakin sonradan həbs edilib. Eyni zamanda bildirilir ki, Müətəssim Qəddafi Benqazidə istintaq altına alınıb.
Ancaq MKŞ-in digər rəsmisi Adil ət-Tərxuni "Əl –Ərəbiyyə" televiziya kanalına müsahibə verərkən bildirib ki, o, Qəddafinin oğlu barədə heç bir məlumata malik deyil. Onunla bu fikri MKŞ-nin Benqazidəki rəsmisi Cəlal Qəlyal da bölüşüb.
Xatırladaq ki, M.Qəddafinin oğlu Müətəssimin 36 yaşı var və cəmahiriyyə diktatorunun dördüncü oğludur. O, polkovnik rütbəsindədir və zamanında ölkəsinin milli təhlükəsizlik şurasına rəhbərlik edib. O, və onun digər qardaşı Süyfül-İslam M.Qəddafinin ən real varisləri hesab edilirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB