Səudiyyə Ərəbistanının şahzadəsi Turki əl-Feysəl bəyan edib ki, İran bu ölkənin ABŞ-dakı səfirini öldürməyə cəhd göstərdiyinə görə cavab verməli olacaq. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə şahzadəsi bunun üçün əllərində bir sıra faktların olduğunu bildirib.
Eyni zamanda ABŞ və Böyük Britaniya nümayəndələri də bildiriblər ki, İranın Səudiyyə Ərəbistanından olan diplomatına sui-qəsd hazırlaması nəticə etibarı ilə cavabsız qalmayacaq.
"Vaşinqton İran hakimiyyətinə qarşı daha qəti sanksiyalar müəyyənləşdirəcək" deyən ABŞ-ın dövlət katibi Hillari Klinton isə vurğulayıb ki, Qərb dünyasına qarşı Tehranın apardığı siyasət aqressiya xarakterlidir.
Böyük Britaniyanın baş naziri Devid Kemeron da bildirib ki, rəsmi London yaranmış məsələ ilə bağlı həm ABŞ, həm də digər dövlətlərlə məsləhətləşmələr aparır.
Qeyd edək ki, məlum olayla bağlı Avropa İttifaqı da rəsmi münasibət bildirirb. Qurumun informasiya xidmətindən verilən məlumata görə, əgər İranın bu işdə iştirak etməsi öz təsdiqini taparsa, bu zaman rəsmi Tehranın beynəlxalq hüquq normalarını pozması sübuta yetiriləcək ki, bu da ümumilikdə İran üçün ciddi nəticələrlə başa çata bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB