İsrail Misirdən üzr istədi

İsrail müdafiə naziri Ehud Barak iki ay əvvəl Misirli beş polisin İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi səbəbi ilə Misirdən üzr istəyib. SİA-nın xəbərinə görə, İsrail təhlükəsizlik qüvvələri avqust ayında sərhəd bölgəsində 8 İsraillini öldürən təcavüzkarlara açdığı atəş 5 polisin həyatını itirməsinə səbəb olub. Bu isə öz növbəsində iki ölkə arasındakı diplomatik əlaqələrin pisləşməsinə gətirib çıxarmışdı və İsrail buna görə Misirdən üzr istədiyini dilə gətirib.


Bütün xəbərlər Facebook səhifəmizdə