Ötən gün Rusiyanın Zabaykal vilayətində aviaqəza baş verib. Göyərtəsində təxminən, 6 nəfərin olduğu \"Mi-8\" markalı vertolyotun Monqolustanla sərhəddə, meşə massivində qəzaya uğradığı ehtimal edilir. Hazırda həmin vertolyotun axtarışları aparılır. Hadisə ərazisinin sıx meşəlik olması axtarış-xilasetmə əməliyyatlarına çətinlik yaradır. Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinə məxsus həmin vertolyotun meşə yanğınlarına nəzarət məqsədilə havaya qalxdığı bildirilir. Hadisənin başvermə səbəbi araşdırılır.
Həmin gün Rusiyanın cənub-qərbində, Krasnodar diyarında da aviaqəza baş verib. Bildirilir ki, \"Аn-2\" markalı təyyarə Krasnodar diyarında yerə çırpılıb. Nəticədə, 1 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB