İtaliya dənizə çıxan bütün ticarət gəmilərini hərbiləşdirilmiş rejim əsasında qoruyacaq. SİA İtaliya mətbuatına istinadən bildirir ki, ölkənin müdafiə naziri İnyasio La Russa qərarı bu gün imzalayıb.
Belə ki, gəmi göyərtəsində hərbiçilərin yerləşdirilməsi bilavasitə həmin gəmilərin dəniz quldurlarından qorunmasına xidmət edəcək.
Xatırladaq ki, "Montekristo" adlı ticarət gəmisinə quldurlar hücum edərək, gəmi heyətini girov götürüb. Bazar ertəsi günü baş verən bu hadisədən sonra dənizçilərlə əlaqə yaradılmayıb. Həmçinin "Savina Keylin" gəmisi də dəniz quldurları tərəfindən qaçırılmışdı və bu gəmidən də heç bir xəbər yoxdur.
Mərkəzi bürosu Londonda yerləşən Beynəlxalq Dənizçilik Təşkilatının verdiyi məlumata görə, son altı ayda 266 bu kimi insident yaşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB