"Yuliya Timoşenkonun yeddi il həbs cəzasına məhkum olunması Avropa İttifaqının Ukrayna ilə münasibətlərinə yenidən baxılmasına şərait yaradır". Bu fikri Avropanın daxili siyasət xidmətinin rəhbərinin xüsusi nümayəndəsi Mayya Kotsyançiç mətbuata açıqlamasında bildirib. SİA "İnterfax" agentliyinə istinadən bildirir ki, Kotsyançiç Aİ çıxarılmış qərarla bağlı ciddi narahatdır.
"Qərar beynəlxalq normalara uyğun deyil və burada hüququn müstəqil olmaması şübhələri mövcuddur"-deyə Aİ rəsmisi bəyan edib. Açıqlamada o da bildirilib ki, Avropa qurumu Brüsseldə bununla bağlı xüsusi bəyanat yayacaq.
Aİ-ylə yanaşı Avropa Şurası da məhkəmə qərarına münasibətini açıqlayıb. Belə ki, AŞ-nin baş katibi Turbern Yaqland bildirib ki, təmsil olunduğu qurum məhkəmə qərarının dəyişdiriləcəyinə ümid edir.
Xatırladaq ki, hökm oxunduqdan dərhal sonra Kiyevin Peçersk rayon məhkəməsi önündə kütlə ilə polis güclərinin toqquşması olub. Məhkəmənin hökmünə görə, Ukraynanın eks-baş naziri Yuliya Timoşenko 7 il azadlıqdan məhrum edilməklə yanaşı, 3 il müddətində siyasi fəaliyyətdən kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB