Çinin şimal-şərqində, Lyaonin əyalətində yeraltı qarajda uçqun baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Dalyan şəhərində, qarajın tavanının bir hissəsinin uçması nəticəsində baş verib. Nəticədə, dağıntılar altında 17 nəfər qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən dağıntılar altından 12 nəfərin cəsədi tapılaraq çıxarılıb, 4 nəfər isə xilas edilib. Bir nəfərin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB