Myanmada böyük miqyaslı amnistiya elan edilib

Myanmada böyük miqyaslı amnistiya elan edilib
Myanmanın hakim dairələri böyük miqyaslı adminstiya elan etdiklərini rəsmi olaraq bəyan edib. Amnistiyaya düşənlərin çoxu isə "vicdan məhbusları" ola bilər. SİA "France Presse" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli televiziyalar məlumat verib. İlk məhbusları artıq sabah-oktyabrın 12-də azad edə bilərlər. Daha sonra isə siyasi dustaqların azadlığa çıxacaqları gözlənilir. Ümumilikdə isə, amnistiyadan 6 min 369 nəfərin faydalanacağı gözlənilir.
Qeyd edək ki, ABŞ və digər Qərb siyasi dairələri Myanma hökumətini dəfələrlə bu addımı atmağa dəvət ediblər. Onlar bunu demokratik islahatlar kimi dəyərləndiriləcəyini Myanma hökumətinə bildiriblər.
Xatırladaq ki, 2009-cu ildə də bu kimi amnistiya aktı həyata keçirilmiş və 7 min siyasi dustaq azadlığa buraxılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə