"Əl-Qaidə" terror qruplaşması Üsamə Bin Ladendən sonra bir nömrəli terrorçu kimi qəbul edilən Ənvər əl-Əvlakinin ölümünü təsdiq edib. Bu barədə oktyabrın 11-də işıq üzü görən "The New York Times" qəzeti yazır. SİA ABŞ mətbuatına istinadən xəbər verir ki, "Əl-Qaidə"nin 10 oktyabra təsadüf edən açıqlamasını "SITE Intelligence Group" təşkilatı müəyyən edərək ictimailəşdirib. Belə ki, bu təşkilat islamçı saytların monitorinqləri ilə məşğuldur. Ekstremistlər öz saytlarında etiraf ediblər ki, bir nömrəli terrorçu ilə birlikdə ABŞ vətəndaşı olan Samir Xan da həlak olub. Onlar sentyabr ayında ABŞ Hərbi Hava Qüvvələrinin Yəmən ərazisini bombaladığı zaman ölümdən qaça bilməyiblər. Lakin "Əl-Qaidə"-dən o da bildirilib ki, ABŞ rəsmi dairələri hər iki qruplaşma üzvünün terrorçu olduqlarını sübuta yetirə bilməyiblər.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama yuxarıda adları çəkilənlərin öldürülməsini hələ sentyabrın 30-da təsdiq etmişdi.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama yuxarıda adları çəkilənlərin öldürülməsini hələ sentyabrın 30-da təsdiq etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB