İngiltərənin \"Daily Telegraph\" qəzeti Suriya prezidenti Bəşər Əsədin qohumlarının xaricdəki mülklərini satdıqlarını iddia edib.
SİA-nın xəbərinə görə, qəzet Əsədin əmisi Rıfat Əsədin İngiltərənin ən bahalı məhəllələrindən biri olan Mayfairdəki 10 milyon sterlinq dəyərindəki evinin satıldığını bildirib. Satışların Əsəd rejiminin devriləcəyi təqdirdə daşınmaz əmlaklarını nağd pula çevirmək istədiyinin göstəricisi olduğu ifadə edilir.
Qəzet Əsəd ailəsinin ABŞ, Fransa və İspaniyadakı mal varlıqlarını da satdığına dair iddialar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB