\"Apple\" korporasiyasının yaradıcısı Stiv Cobs dəfn edilib. SİA-nın "Lenta.ru"ya istinadən məlumatına görə, xərçəng xəstəliyindən vəfat edən 56 yaşlı Stiv Cobsun dəfn mərasimində yalnız onun yaxınları iştirak edib. Dəfn mərasiminin keçirildiyi dəqiq yer və vaxt isə açıqlanmayıb. Bu arada \"Apple\" şirkəti Stiv Cobsun dəfni ilə əlaqədar əlavə ictimai tədbirlərin planlaşdırılmadığını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB