Davudoğlu Sarkoziyə keçmişini xatırlatdı

Davudoğlu Sarkoziyə keçmişini xatırlatdı

Fransa prezidenti Nikola Sarkozi İrəvanda səsləndirdiyi \"Türkiyə erməni soyqırımını il sonuna qədər tanımazsa ciddi tədbirlər görəcəyik\" təhdidinə Ankara sərt reaksiya verib.

SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransanın Afrikadakı müstəmləkəçi keçmişini xatırladaraq, \"Əvvəlcə güzgüyə baxsınlar\" deyib. Sarkozinin sözlərini \"siyasi fürsətçilik\" olaraq qiymətləndirən və Fransanın daxili siyasətinə bağlayan Davudoğlu, Avropada tez-tez görülən bu cür halların sülhə xidmət etmədiyini vurğulayıb.

Davudoğlu \"Biz tariximizlə üzləşərik, amma bizim tariximiz türklərlə ermənilərin eyni zamanda əsrlərcə bir arada yaşadığı tarixdir\", deyib.

Nazir daha sonra Fransanı bu sözlərlə hədəf alıb: \"Amma əsas öz tarixləri ilə üzləşə bilməyəcək olanların, uzun əsrlik müstəmləkəçilik, qəsb etdikləri xalqları, cəmiyyətləri xidmətçi olaraq görən zehniyyətlərin öz tarixləri ilə üzləşmələri lazımdır. Müstəmləkəçi bir keçmişə sahib olan hər hansı bir dövlətin, ya da cəmiyyətin Türkiyəyə bu mövzuda dərs verəcək bir haqqı yoxdur. Başda Afrika xalqları olmaq üzrə, Fransanın öz tarixi ilə üzləşməsində dünya barışı üçün böyük fayda var.

Ruanda 1994-cü ildə tutsilərə qarşı soyqırımına görə Fransadan rəsmi üzr istəməsini gözləyir. Fransadan soyqırımı üzrü gözləyən bir başqa ölkə isə Əlcəzairdir. Fransız ordusu 1945-ci ildə Setifdə bir gecədə 45 min əlcəzairli vətəndaşı öldürmüşdü\".

Fransada yaxınlaşan prezidentlik seçkiləri ərəfəsində erməni diasporunun səsini qazanmağa çalışan Sarkozi İrəvan ziyarətinin ikinci günündə də Türkiyə əleyhinə açıqlamalarını davam etdirib. O, həmçinin Türkiyənin yerinin Avropa Birliyi olmadığı fikrini bir daha dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə