İngilislərin Liviyadakı \"çirkli sirləri\"

İngilislərin Liviyadakı \"çirkli sirləri\"

İngilis kəşfiyyatı İngiltərənin Liviyanın keçmiş lideri Müammər Qəddafi ilə əldə etdikləri gizli razılaşmaların sənədlərini yox etmək üçün bu ölkəyə casuslar göndərib.

SİA-nın xəbərinə görə, İngiltərənin "Times" qəzeti Qərbin Liviyadakı \"çirkli sirlərini\" təmizləmək üçün kəşfiyyat xidməti əməkdaşlarının bu ölkədə təcili bir \"təmizlik əməliyyatı\" apardığını yazıb.

Qərb dövlətlərinin son illərdə Qəddafi hökuməti ilə əməkdaşlığı inkişaf etdirmək kimi səylərinin olduğunu diqqətə çatdıran qəzet, \"Qərb dövlətləri və şirkətlər Qəddafi ilə ortaq gördükləri gizli işlərin ortaya çıxma ehtimalını nəzərə alaraq özlərini çətin vəziyyətə salacaq sənədləri təmizləmək üçün böyük cəhdlər göstərir\", deyə yazıb.

Xəbərdə körfəz ölkələrindəki bir təhlükəsizlik şirkətinə Liviyadakı lazımı ofislərdən mühüm sənədləri toplamaları, apara bilməyəcəkləri kompüter və digər bu kimi məlumat qaynaqlarını isə məhv edilməsi haqqında göstəriş verildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə