Rusiyanın Zabaykal vilayətində meşə yanğınları artıb. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, yanğının ümumi sahəsi 3,36 min hektar təşkil edir. Yanğınla mübarizəyə 700-dən artıq canlı qüvvə və 156 ədəd texnika, o cümlədən, 4 vertolyot cəlb olunub.
Yaranmış vəziyyətlə əlaqədar vilayətdə artıq bir neçə gündür ki, fövqəladə vəziyyət elan olunub. Hazırda alovla mübarizə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB