Qəddafinin gizləndiyi ev tapıldı?

Qəddafinin gizləndiyi ev tapıldı?

Liviya Milli Keçid Şurasının hərbçiləri Əbu Hadi kəndində Müəmmər Qəddafiyə məxsusluğu güman edilən evə daxil olub. Abu Habi Qəddafinin anadan olduğu Sirt şəhərinin cənubunda yerləşir. Evdə bədəvi çadırı tapılıb.


Bundan başqa, evin içində Qəddafinin istifadə etdiyi bəzi əşyalar aşkarlanıb. Qeyd edək ki, Şuranın döyüşçürləri bazar ertəsi adıçəkilən kəndi ələ keçirdiklərini bəyan ediblər. Kəndin Milli Keçid Şurası tərəfindən ələ keçirilməsi strateji əhəmiyyət kəsb edir. Çünki belə olduğu təqdirdə Qəddafiyə sadiq döyüşçülərin əsas təchizat marşrutu bağlanmış olur.

Bütün xəbərlər Facebook səhifəmizdə