Qırx ildir pinqvin kostyumu ilə küçələrdə gəzən qoca Alfred Davidin hekayəsini Belçikada bilməyən yoxdur. 79 yaşındakı Belçika vətəndaşı Alfred David 40 il əvvəl keçirdiyi qəzadan sonra pinqvin aşiqinə çevrilib. "Pinqvin bəy" ləqəbli David pinqvinləri o qədər çox sevir ki, öləndə Antartikada basdırılmağını istəyir.
1968-ci ildə keçirdiyi yol qəzası nəticəsində omba sümüyü qırılan Alfred David axsayaraq getməyə başlayınca yoldaşları tərəfindən "pinqvin adam" deyə çağırılmağa başlanılıb.
Bu adı özünə ləqəb seçən David özünə də pinqvin kostyumu tikdirərək pinqvinlərlə əlaqədar nə tapa bilsə, toplayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB