Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 28-də Parisdə Fransanın Baş naziri Fransua Fiyonla görüşüb. SİA-nın "Arm.Today" saytına istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər arasında Ermənistan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən layihələrdə fransız şirkətlərinin iştirakının genişləndirilməsi, kömək edilməsi, siyasi səviyyədə davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub. Böyük təcrübəyə malik fransız şirkətlərinin enerji sistemi layihələrinə, o cümlədən Ermənistanda yeni atom elektrik stansiyasının (AES) inşasının işinə cəlb olunmasının vacibliyi xüsusilə vurğulanıb.
Baş nazir Fiyon Fransa prezidenti Nikola Sarkozinin Ermənistana qarşıdakı rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda yeni əməkdaşlıq proqramlarının qeyd ediləcəyinə ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB