İndoneziyada gəmidə yanğın olub

İndoneziyada gəmidə yanğın olub

İndoneziyanın Şərqi Yava əyalətində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə \"KM Kirana İX\" adlı sərnişin gəmisinin içərisində olan yükün alışması nəticəsində qeydə alınıb. Nəticədə, 8 nəfər ölüb, 1 nəfər itkin düşmüş hesab olunur. Onlarla insan xəsarət alıb.

Dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu dəf etməyə müvəffəq olublar. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə