“Nesat” qasırğası Filippinə yaxınlaşıb

“Nesat” qasırğası Filippinə yaxınlaşıb

\"Nesat\" qasırğası Filippinin şərq sahillərini cənginə alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, yaralananların olduğu bildirilir. Güclü külək və leysan yağışları ilə müşayiət olunan qasırğa içərisində 4 nəfərin olduğu qayığın itkin düşməsinə səbəb olub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 100 min nəfərin təxliyyəsi həyata keçirilib. Məktəb və hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Elektrik təchizatında fasilələr yaranıb. Verilən proqnozlara əsasən, \"Nesat\" qasırğasının güclənəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə