“Haqqani” qruplaşması ABŞ-ın terrorçular siyahısına daxil ediləcək

“Haqqani” qruplaşması ABŞ-ın terrorçular siyahısına daxil ediləcək
ABŞ-ın müvafiq orqanları Pakistan-Əfqanıstan qruplaşması kimi qəbul edilən "Haqqani"-ni terrorçular siyahısına salmağı planlaşdırıb. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, bu yaxınlarda Əfqanıstanın paytaxtı Kabildə baş verən hücumlarda bilavasitə bu qruplaşmanın silahlıları iştirak ediblər.
ABŞ-ın dövlət katibi Hillari Klinton ənənəvi çıxışlarının birində qeyd edib ki, qərarın verilməsi istiqamətində sonuncu mərhələyə başlanılıb.
Qeyd edək ki, adıçəkilən qruplaşma rəsmən terrorçular siyahısına daxil edildikdən dərhal sonra, bu qruplaşmanın üzvlərinin bütün bank hesabları dondurulacaq. Eyni zamanda, Amerika tərəfi Pakistana qarşı təzyiqlərini artırmaq niyyətindədir. Belə ki, ABŞ-ın birləşmiş hərbi qərargahlar rəhbəri admiral Mayk Mallen bu ölkəni "Haqqani" qruplaşmasına dəstək göstərməkdə ittiham edib. O, iddia edir ki, Pakistan kəşfiyyatı həmin qruplaşmaya birbaşa əmr verib və "Haqqani" terrorçuları Kabildəki ABŞ səfirliyinə hücum ediblər. Hücum nəticəsində 25 nəfər həyatını itirib. Lakin Pakistan tərəfi ABŞ-ın bütün iddialarını rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə