Kamerun da qarışdı
Hərbi geyimli silahlı şəxslər Kamerunun iqtisadi şəhəri kimi qəbul edilən Duala şəhərinin küçələrində atəş açamağa başlayıblar. Şəhəri ələ keçirmiş şəxslər ölkə prezidenti Pol Biyanın istefasını tələb ediblər. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, P.Biya artıq 30 ilə yaxındır ki, Kamerunun prezidenti vəzifəsini icra edir.
Ölkə rəhbərliyi isə hələ ki, baş verənlərə rəsmi münasibətlərini açıqlamayıblar. Yalnız televiziyalar qısa xəbər yayaraq, bildiriblər ki, hadisələr nəzarət altındadır. Üsyançıların kim olduqları və onlara kimin rəhbərlik etmələri barədə isə məlumat yoxdur. Onu da xatırladaq ki, oktyabr ayının 9-da ölkədə növbəti prezident seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə