Türkiyədə 169 xarici vətəndaş saxlanılıb

Türkiyədə 169 xarici vətəndaş saxlanılıb

Türkiyənin Ədirnə şəhərində qeyri-qanuni yollardan istifadə edərək xaricə getmək istəyən 169 xarici vətəndaş saxlanılıb. SİA-nın xəbərinə görə, həmin vətəndaşlar Somali, Əfqanıstan, Myanma, İraq, Fələstin və Konqolu şəxslər olub. Həmin xarici vətəndaşlar dərhal Ədirnə təhlükəsizlik müdirliyinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə