İranın ABŞ-a qarşı bomba həyəcanı

İranın ABŞ-a qarşı bomba həyəcanı

İran nüvə raketləri ilə təchiz edilmiş gəmilərini ABŞ-ın quru suları yaxınlığına göndərməyi planlaşdırır. SİA-nın xəbərinə görə, bunu bu gün İranın müdafiə naziri Əhməd Vahidi açıqlamasında bildirib. Onun sözlərinə görə, raketlərin alçaq hündürlükdən uçmasına baxmayaraq yüksək təxribat gücünə və hədəfi dəqiq nişan almaqda yüksək professional keyfiyyətə malikdir. Vahidi bu raketlərə ilk dəfə olaraq İran prezidenti Mahmud Əhmədinejat tərəfindən baxış keçirildiyini bildirib.

Ötən gün isə İran dəniz qüvvələri komandiri Habibullah Sayari gəmilərin ABŞ quru sularına yaxın bir ərazidə yerləşdiriləcəyini açıqlasa da dəqiq tarixin məlum olmadığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə