Yaponiyada yenidən 4,4 bal gücündə zəlzələ baş verib

Yaponiyada yenidən 4,4 bal gücündə zəlzələ baş verib

Bu gün səhər Yaponiyanın şimal-şərqində 4,4 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Yaponiya Milli Meteorologiya İdarəsinin bildirdiyinə görə, sunami təhlükəsi gözlənilmir. Zəlzələnin episentri Sakit okeanda, Fukusima prefekturasının yaxınlığında, ocağı isə 30 kilometr dərinlikdə yerləşir. Qüvvətli yeraltı təkanlar Yaponiyanın altı prefekturasında hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə