Amerika Birləşmiş Ştatlarında listerioz infeksiyası yayılmağa başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, korlanmış yemişdən yayıldığı ehtimal edilən infeksiya artıq 8 ştatda 13 nəfərin ölümünə səbəb olub. Daha 72 nəfər infeksiyaya yoluxub. ABŞ Səhiyyə Nazirliyinin bildirdiyinə görə, infeksiyaya daha çox immuniteti zəif olan təbəqə - hamilə qadınlar, körpələr və qocalar yoluxur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB