Naməlum hakerlər Harvard universitetinin saytını sındıraraq ora öz iformasiyalarını yerləşdiriblər. SİA "BBC News"-ə istinadən xəbər verir ki, həmin informasiyada Bəşər Əsədin Suriya xalqının lideri olduğu bildirilir.
Saytın əsas səhifəsinə Suriya bayrağı fonunda Əsədin rəsmi verilib. Şəklin altında isə "Suriya elektron ordusu burada olub" adlı yazı verilib. Eyni zamanda ABŞ barədə təhqiramiz ifadələr işlədilib.
Bundan əlavə, Suriya hakerləri yazıda qeyd ediblər ki, onların ölkəsində 23 milyon əhali yaşayır və həmin 23 milyon insanın hər biri yeriyən bombaya çevrilə bilər. "Sizinlə nə edəcəyimizi təsəvvürünüzə gətirin" deyən hakerlər ABŞ-a birbaşa təhdid ünvanlayıblar. İnformasiya saytda bir saata yaxın müddətdə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB