Misirdən İsrailə və İordaniyaya nəql olunan qaz borusu partladılıb

Misirdən İsrailə və İordaniyaya nəql olunan qaz borusu partladılıb
Sentyabrın 27-ə keçən gecə Misir ərazisindən keçən qaz borusu partladılıb. Qeyd edək ki, mavi yanacaq borusu vasitəsilə İsrailə, oradan isə İordaniyaya nəql olunur. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, partlayış Əl-Əriş şəhərindən qərbdə - Sinay yarımadasında baş verib. Şahidlər bildirirlər ki, hadisə yerindən 15 metr yüksəkliyə qalxan alovlar görünür.
Həlak olanlar və yaralananlar barədə hələlik heç bir məlumat verilməyib. Hazırda marşrut üzrə qazın nəqli dayandırılıb.
"The Jerusalem Post" qəzetinin verdiyi digər məlumata görə, Misirin eks-prazidenti Hüsnü Mübarəkin istefaslndan sonra bu artıq sayca beşinci təxribatdır. Sonuncu iki partlayış iyulun 4-ü və 12-də baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə