Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu müdafiə naziri, Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Yuriy Dominici imzaladığı fərmanla tutduğu vəzifəsindən azad edib. SİA-nın verdiyi məlumata görə, generalın istefaya göndərilməsinə səbəb Ermənistanla gizli silah sövdələşməsi olub.
Müdafiə naziri Vitaliy Marinuya yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Belə ki, müdafiə naziri artilleriya və tank əleyhinə qurğularının iri yük təyyarəsi ilə İrəvana göndərdiyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB