Britaniya agentliklərinin məlumatına görə, ölkənin, eləcə də dünyanın əfsanəvi siyasətçi xanımı, "Dəmir ledi" ləqəbli Marqaret Tetçer yenidən xalq qarşısına çıxıb. SİA BBC kanalına istinadən xəbər verir ki, keçmiş baş nazir Böyük Britaniyanın müdafiə naziri Laim Foksun 50 illik yubileyi münasibətilə təşkil olunmuş ziyafətə dəvət alaraq orada iştirak edib.
Eyni zamanda həmin dəvətə ölkənin hazırkı baş naziri Devid Kemeron da qatılıb. Bu münasibətlə çıxış edən yubilyar bildirib ki, onun 50 illiyində iki baş nazirin iştirakı böyük xoşbəxtlikdir.
Qeyd edək ki, oktyabrın 13-də baronessa M.Tetçerin 86 yaşı tamam olacaq. "Dəmir ledi"nin sağlığı keçən ilin oktyabrında tutulduğu zökəm xəstəliyindən pisləşmişdi.
Xatırladaq ki, Tetçer və onun liberal prinsiplərinin icrası Britaniyanın kolonial sisteminin çöküşü zamanına təsadüf etmiş, eləcə də baş nazirliyi dönəmində ölkəni ciddi iqtisadi krizislərdən xilas etmişdi. Nəticədə Birləşmiş Krallıq yenidən öz nüfuzunu qoruyub-saxlamağa müvəffəq olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB