Fransa senatında keçirilən seçkilər nəticəsində müxalifətçi solçular bir ilkə imza atıblar. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Sosialist partiyasının senatdakı rəsmisi Jan Pyer Bel ölkə mətbuatına açıqlamasında verib. Məlumatda o da bildirilir ki, senatda 348 yerdən 170-nə seçkilər keçirilib və nəticədə solçular 26 əlavə kürsüyə yiyələnməyə müvəffəq olublar. Bu isə onların yuxarı palatada səs çoxluğu qazanmağa şərait yaradan amillərdəndir.
Eyni zamanda məlum olub ki, 1958-ci ildən-Beçinci Respublika yaranandan bəri Fransa senatında yaşanan bu hadisə bir ilkdir.
Artıq iddia olunur ki, solçuların müvəffəqiyyətləri Fransada keçiriləcək 2012-ci il prezident seçkilərində sürprizlər yarada bilər. Belə ki, prezident Nikolya Sarkozinin tərəfdarlarından hesab olunan sağ mərkəzçi "Milli Hərəkat İttifaqı" partiyasının lideri Fransua Kopye bəyan edib ki, məlum hadisə təəssüfedici haldır və qarşıdan gələn prezident seçkilərində bunun nəticəsi iqtidar üçün ağır ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB