Böyük Britaniyanın qərbi Midlens qraflığının polis dairəsi ölkə ərazisində terror aktı törədən altı britaniyalının adlarını açıqlayıb. Onların Brinminhemdə həbs edildikləri bildirilir. SİA BBC News-ə istinadən xəbər verir ki, onlar İrfan Nəssər, İrfan Xalid, Aşiq Əli və Rahin Əhməd adlı vətəndaşlardır.
Polis iddia edir ki, adıçəkilən şəxslər Pakistanda yerləşən gizli təlim düşərgəsində müxtəlif terror hadisələrinin törədilməsi üçün hazırlıqlar keçiblər. Daha iki saxlanılanlar- Bahadır Əli və Məhəmməd Rizvan adlı vətəndaşlar terrora hazırlıqdan xəbərdar olub, müvafiq orqanlara məlumat verilməməkdə təqsirli bilinirlər.
Xatırladaq ki, 25-32 yaşlar arasında olan terrorçular xüsusi əməliyyat nəticəsində sentyabrın 19-da həbs olunublar. Onların hər birinin Britaniya vətəndaşları olduqları vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB