İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

İsrail ordusu ölkənin Misirlə sərhədində hazırlanan terror aktı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı İsrailn Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən "Həmas" təşkilatı Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın BMT Təhlükəsizlik Şurasına BMT-yə üzvlük haqqında rəsmi müraciəti təqdim etməsinə maneçilik törətmək üçün İsrail ərazisində terror aktları törətmək niyyətindədirlər

Artıq sərhədə əlavə qoşunlar gətirilib. İsrail tərəfi xəbərdarlıqda adları çəkilən qruplaşmaların silahlıların ölkə ərazisinə daxil olmasını əngəlləmək üçün tədbirlər görür

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Fələstinin təşkilata üzvlüklə bağlı müraciətinə sentyabrın 26-da baxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə